Nənə qızını və iki nəvəsini silahla ÖLDÜRDÜ

19:16 07.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin paytaxt  şəhəri  Ankarada  dəhşətli  qətl  hadisəsi  baş  verib. 

Hafta.az xəbər verir ki,  Öznur Aydın adlı qadın 23 yaşlı qızı Məryəm Aksak  ilə  mübahisə  edib.  Mübahisə  sonrası  qadın ərinin  silahı  ilə  qızını  və  onun iki nəvəsini güllələyib.  Daha sonra isə  o, həmin  silahla  intihara cəhd edib.  

Silah səslərindən sonra əraziyə qonşuların bildirişi ilə polis cəlb olunub. İntihara cəhd edən qadın polis tərəfindən saxlanılıb. O, cinayəti törətdiyi üçün psixoloji sarsıntı keçirərək,  xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır/Unikal.org